Salam, xoş gəlmisiniz.

ABŞ mediası İranın başqa ölkədə raket yerləşdirdiyini İDDİA ETDİ

2019-12-05 16:43:54

ABŞ mediası İranın başqa ölkədə raket yerləşdirdiyini İDDİA ETDİ

Hurriyyet.org xəbər verir ki, ABŞ mətbuatı kəşfiyyat orqanlarındakı mənbələrə istinadən İranın İraqdakı xaosdan istifadə edərək, bölgəyə orta mənzilli raketləri yerləşdirdiyini iddia edib.

Bəsrə körfəzində neft tankerlərinə qarşı edilmiş hücumdan sonra ABŞ İranı ittiham edərək, regiondakı hərbi varlığını artırmaq üçün ciddi addımlar atıb.

ABŞ prezidenti Donald Tramp İrana qarşı cəbhəni gücləndirmək üçün may ayından bəri regiona çox sayda hərbi gəmi, təyyarə gəmiləri, raket və müdafiə sistemləri ilə birlikdə 14 min hərbçi göndərib. ABŞ mətbuatının yazdığına görə, Amerika daha 14 min hərbçi göndərməklə bölgəki hərbi gücünü ikiqat artırmağa çalışır (https://hurriyyet.org/xeber/p-strong-abs-irana-qarsi-herekete-ke-ccedil-di-span-style-color-e74c3c-14-min-herb-ccedil-i-g-ouml-nderir-span-strong-p).

“Nyu York Tayms” qəzetinin kəşfiyyatdakı mənbələrə istinad elədiyi xəbərdə, ABŞ-ın bölgədəki hərbi varlığını artırmasının İranı geri çəkilməyə məcbur edə bilmədiyi, İranın İraqa orta mənzilli raketlər yerləşdirdiyi iddia edilir.

Mənbələr raketlərin İsrail və Səudiyyə Ərəbistanı daxil olmaqla, regiondakı Amerika müttəfiqləri və ortaqları üçün təhdid yaratdığını və ABŞ qüvvələrini təhlükə altında qoyduğunu bildirib.

Ötən həftələrdə həm İraqda, həm də İranda kütləvi etirazlar baş verib. İraqdakı etirazçıların bəziləri İranın ölkədəki nüfuzuna qarşı olduqlarını bildiriblər.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru