Salam, xoş gəlmisiniz.

ABŞ Suriyanın şimal-şərqinə nə qədər hərbçi yerləşdirəcəyini AÇIQLADI

2019-11-14 14:01:07

ABŞ Suriyanın şimal-şərqinə nə qədər hərbçi yerləşdirəcəyini AÇIQLADI

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri Mark Esper ABŞ hərbçilərinin Suriyanın şimal-şərqindən çıxarılması prosesinin davam elədiyini, son olaraq bölgədə 500-600 hərbçinin qalacağını açıqlayıb.

Mark Esper Suriyanın cənub-qərbində İraq və İordaniya ilə sərhəddə Əl Tanf bazasında yerləşən 200-ə qədər hərbçinin həmin qrupa daxil olub-olmadığı sualının cavabında bu rəqəmin Suriyanın şimal-şərqinə aid olduğunu söyləyib.

ABŞ müdafiə naziri ölkəsinin regionda YPG/PKK təşkilatına yardım eləməyi davam etdirdiyini söyləyib. Esper Suriyadakı Amerika hərbçilərinin sayının xüsusilə avropalı müttəfiqlərin ölkədəki varlığının gücləndiriləcəyi halda dəyişə biləcəyini qeyd edib. O deyib: “İşlər dəyişir. Meydandakı hadisələr dəyişir. Məsələn, Avropadan bizə qoşulan ortaqlarımız və müttəfiqlərimiz ola bilər. Meydanda bizə qoşularlarsa, bu bizə oradan daha çox ABŞ hərbçisini çıxarmaq imkanı yaradar”.

Suriyanın şimalında türk və rus hərbçilərinin birgə çalışması ilə bağlı narahatlığını, bunun NATO-nun orbitindən çıxmaq demək olduğunu Türkiyəyə bildirdiyini söyləyən Esper illərlə yaxşı bir müttəfiq olan, Koreya müharibəsində və Əfqanıstanda ABŞ-ın tərəfində döyüşən Türkiyəni bu yoldan döndərmək və möhkəm əlaqən təmin eləmək lazım olduğunu söyləyib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru