Salam, xoş gəlmisiniz.

Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi

2019-11-18 18:40:18

Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi

“Bakupress” informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın (Ağabalayeva) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Samir Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağacanın barəsində həbs qətimkan tədbiri seçilib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru