Akif Əlizadə istefa verməsindən danışdı: "Güman edirəm ki..."

Akif Əlizadə istefa verməsindən danışdı: "Güman edirəm ki..."

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 

Hurriyyet.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.