Salam, xoş gəlmisiniz.

Almaniya daha bir azərbaycanlı ailəni deportasiya etdi - FOTO

2019-11-12 10:31:00

Almaniya daha bir azərbaycanlı ailəni deportasiya etdi - FOTO

Almaniyada sığınacaq istəkləri qəbul edilməyən Davudovlar ailəsi Azərbaycana deportasiya edilib.

2015-ci ildə Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən Davud, Ülviyyə və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət ötən gecə saat 4 radələrində Azərbaycana göndərilmələri üçün hava limanına aparılıb.

Bayroyt İnzibati Məhkəməsinin qərarı ilə deportasiya edilən ailənin Almaniyada işləmələri və inteqrasiya etmələri nəzərə alınmayıb.

Onlar sığınacaq istəklərinin rədd edilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəninin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan qoruna bilməyiblər./report/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru