Salam, xoş gəlmisiniz.

Amerika aviasiyası Əsəd rejiminə neft daşıyan dörd gəmini batırdı - S-300 VƏ S-400 İŞƏ YARAMADI

2019-11-23 13:04:47

Amerika aviasiyası Əsəd rejiminə neft daşıyan dörd gəmini batırdı - S-300 VƏ S-400 İŞƏ YARAMADI

Amerika qırıcıları bir neçə saat əvvəl Suriya rejiminə neft daşıyan gəmilərə çoxsaylı raket zərbələri endirib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, “Radio Akul” adlı Suriya informasiya agentliyinin bildirdiyinə görə, dörd gəmi Fərat çayı ilə neft daşıyarkən Amerika aviasiyasının zərbələrinə tuş gəlib. Onların hamısı batırılıb. Heyət üzvlərinin taleyi barədə məlumat yoxdur.

 

Bildirilir ki, gəmilər kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin nəzarət etdiyi ərazilərdən Əsəd rejiminin nəzarətində olan ərazilərə neft daşıyırdı. Amerika aviasiyası gəmilərə zərbə endirərəkən heç bir müqavimətə rast gəlməyib, Suriya rejiminin sərəncamında olan S-300 zenit-raket kompleksləri və Rusiyanın Hmeymim aviabazasını qoruyan S-400 “Triumf” kompleksləri işə yaramayıb.

Xatırladaq ki, ABŞ Suriya rejiminə qarşı neft embarqosu tətbiq edib. Bundan əvvəl də Birləşmiş Ştatlar aviasiyası Əsəd rejimi üçün neft daşıyan gəmiləri hədəfə alıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru