Salam, xoş gəlmisiniz.

Amerikanın zəncisi də Xankəndidən Azərbaycana meydan oxudu...- FOTO

2019-10-11 18:12:01

Amerikanın zəncisi də Xankəndidən Azərbaycana meydan oxudu...- FOTO

"ABŞ-ın bütün ştatları birləşməli və "Artsax"a daha çox kömək etməlidir..."

Öncədən xəbər verdiyimiz kimi, bu gün –oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərimizdə 30 ölkədən 150 nümayəndənin iştirakı ilə “Artsaxın dostları” adı altında üzdəniraq forumu başlayıb.

Separatçı erməni nəşrlərinin yaydığı məlumata görə,  forumda iştirak edən ABŞ-ın Corciya ştatından gəlmiş  Debra Beyzmore adlı qaradərili  Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə çıxış edib. 

““Artsax”la bağlı təəssüratlarım təsvirolunmazdır. Mütləq bunu çoxları ilə bölüşəcəyəm ki, bütün dünya “Artsax”  haqqında bilsin. Hesab edirəm ki, hər bir ölkə müstəqilliyini qorumalı və gələcəyi qurmalıdır. ABŞ-ın bütün ştatları birləşməli və "Artsax"a daha çox kömək etməlidir "- deyən ABŞ vətəndaşı qondarma separatçı-terrorçu rejimi “müstəqil dövlət” kimi təqdim etməklə ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə  təhdid edib./moderator.az/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru