Salam, xoş gəlmisiniz.

ANS televiziyasının tezliyi də müsabiqəyə çıxarılır? - MTRŞ-dan AÇIQLAMA

2019-11-20 11:43:13

ANS televiziyasının tezliyi də müsabiqəyə çıxarılır? - MTRŞ-dan AÇIQLAMA

Bir müddət öncə Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan etdi. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Bu məsələ mətbuatda yayılandan sonra iddialar ortaya atıldı ki, MTRŞ bağlanan ANS televiziyasının da tezliyini müsabiqəyə çıxaracaq.

Milli Teleradio Şurasından modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik ANS telekanalının tezliyinin müsabiqəyə çıxarılması gündəmdə deyil:

“Şura zərurət gördüyü halda hansısa televiziya və radio tezliyini müsabiqəyə çıxara bilər. Amma hazırda bu məsələ gündəmdə deyil.  Buna baxmayaraq, ANS telekanalının televiziya tezliyi istifadəyə yararlıdır. Amma dediyimiz kimi, bu o demək deyil, müsabiqəyə çıxarılacaq”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru