Hello, admin.

AQTA “Araz Supermarket”in ölkəyə gətirdiyi 500 kq məhsulu məhv etdi

2019-12-02 18:02:39

AQTA “Araz Supermarket”in ölkəyə gətirdiyi 500 kq məhsulu məhv etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi naringi məhsuluna baxış keçirilib.

Məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Pseudococcus gahani Green (sitrus unlu yastıcası) aşkar olunub.

Azərbaycanda aşkarlanmayan, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə idxal olunması və yayılmasının qarşısının alınması məqsədilə zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.

Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib./report/


Şərhlər

admin

Tortor dignissim convallis aenean. Metus aliquam eleifend mi in nulla posuere sollicitudin aliquam ultrices :)

admin

Tortor dignissim convallis aenean. Metus aliquam eleifend mi in nulla posuere sollicitudin aliquam ultrices :)

Selected comments:

Add comment

Subscribe to comments

Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru