Salam, xoş gəlmisiniz.

Ata Abdullayevə diplomatik pasport verilibmi? - XİN-dən rəsmi açıqlama

2019-11-22 14:04:16

Ata Abdullayevə diplomatik pasport verilibmi? - XİN-dən rəsmi açıqlama

“Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Milanda Paşiyanla səviyyəsiz dialoqa girən Ata Abdullayevin diplomatik pasportu olması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. 

O bildirib ki, Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir: “Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”- 

Qeyd edək ki, sosial şəbəkələrdə İtaliyanın Milan şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanın olduğu kilsəyə getməsi, ona qeyri-peşəkar və savadsız sual ünvanlaması ilə ölkədə ciddi tənqidlərə tuş gələn A.Abdullayevin diplomatik pasporta sahib olduğu haqda iddialar səsləndirilib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru