Salam, xoş gəlmisiniz.

AVROPANIN YENİ KOR DÜYÜNÜ: Türkiyənin qaytardığı terrorçular azadlıqda qalacaq? 

2019-11-15 17:58:07

AVROPANIN YENİ KOR DÜYÜNÜ: Türkiyənin qaytardığı terrorçular azadlıqda qalacaq? 

Hurriyyet.org xəbər verir ki, SETA Avropa Araşdirmaları İdarəsinin əməkdaşı Zeliha Eliaçık, Türkiyənin ölkələrin qaytarmağa başladığı İŞİD terrorçuları ilə bağlı təhlil aparıb. Türkiyənin Qərarını Avropada yeni bir kor düyünə səbəb olduğunu bildirən Eliaçık Avropanın bu şəxslərlə bağlı qanunlar qəbul eləməyə başladığını söyləyib. Məsələn, Almaniyada həmin şəxslər barəsində həbs qərarı verilmədiyi üçün ilkin mərhələdə terrorçular azadlıqda qala bilərlər.

“Anadolu Agentliyi”ndə dərc edilən analizdə deyilir ki, Avropa İttifaqının Xarici Əlaqələr Şurasının mlumatlarına görə, 2011-2016-cı illərdə İŞİD sıralarına 42 min nəfər qoşulub. Bunların 5 min nəfərdən çoxunun Avropadan gəldiyi təxmin edilir. İŞİD-ə qoşulan 4 min nəfər qərbi avropalının üçdən biri ölkələrinə geri qayıdıb; qalanları isə ya ölüb, ya izini itirib, ya da məhkum kimi hələ də İraq və şimali Suriyadakı zindanlardadırlar. Egmont İnstitutunun yaydığı son rəqəmlərə görə, Suriya və İraqda ümumilikdə 500-550 civarında qadın və kişi İŞİD üzvü vardır. Bunlara əlavə olaraq, 700-750 nəfər uşağın da düşərgələrdə saxlanıldığı güman edilir. Suriyanın şimalında və İraqda ən çox Fransa vətəndaşının İŞİD üzvü olduğu güman edilir – onlardan 130 nəfərinin yetkin adam və 300 nəfərdən artığının uşaq olduğu təxmin edilir. Siyahıda ikinci yeri 124 nəfər yetkin şəxs və 138 nəfər uşaqla Almaniya tutur. Ardından Belçika, Hollandiya və İsveç gəlir.

Avropa İŞİD döyüşçülərini uzun müddət yox hesab elədi. Radikallaşma prosesinin böyük hissəsini Avropa ölkələrində tamamlamış olan və daxili təhlükəsizlik üçün ciddi təhdid hesab edilən bu şəxslərin ölkə xaricinə çıxması adətən, təhlükəsizlik təhdidinin “xaricə atılması” olaraq göründü. Daxildə ultrasağ terror da daxil olmaqla bir çox problemlə üzləşən avropalılar vətəndaşları olan İŞİD üzvlərinin bir gün ölkələrinə geri dönəcəyi reallığı ilə uzun müddət üzləşmək istəmədilər.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru