Salam, xoş gəlmisiniz.

Azərbaycan-İnterpol əlaqələrinin inkişaf yolu

2019-11-14 14:53:11

Azərbaycan-İnterpol əlaqələrinin inkişaf yolu

İnterpol - Beynəlxalq Cinayət Polisi İdarəsi (ICPO- International Criminal Police Organization, Interpol) -1923-cü ildə Avstriyanın paytaxtı Vyanada beynəlxalq cinayət polisi komissiyası kimi təşkil olunmuş idarə kimi fəaliyyətə başlayıbdır. Qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilmişdir. İnterpolun üzvü olan ölkələrdə Milli mərkəzi bürolar yaradılır. İnterpolun fəaliyyəti, əsasən çatmamışların cinayətkarlığı, narkotik maddələrlə kontrabanda və onların qeyri-tibbi istifadəsi ilə, qəlp pulkəsmə və qiymətli kağızları saxtalaşdırma ilə, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilmişdir.Hal-hazırda 190 ölkənin üzvlüyü var. Daimi iqəmətkahı Fransanın Lyon şəhərindədir.

Beynəlxalq Cinayət Polisi Təşkilatı və hüquqi əlaqələr

Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq sülh və təhlükəsizliyin, insan hüquqlarının, dövlətlərarası və beynəlxalq münasibətlərin pozulmasına səbəb olan bir sıra qlobal problemlərin, ilk növbədə beynəlxalq terrorizm, separatizm, dini ekstremizm, sürətlə silahlanma kimi problemlərin müzakirəsi və bu problemlərə qarşı mübarizə zərurəti getdikcə daha geniş təhlükəli xarakter almağa başlayıb. Azərbaycanla Beynəlxalq Cinayət Polisi Təşkilatı arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan digər nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı, tamhüquqlu üzv kimi İnterpolla da əlaqələrini uğurla davam etdirir. Daxili İşlər Nazirliyi ilə İnterpol arasında cinayətkarlıqla mübarizənin müxtəlif sahələri üzrə əməkdaşlıq dinamik inkişaf edib. Xüsusilə cinayətkarlığa qarşı mübarizə sahəsində və insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Azərbaycanla İnterpol arasında birgə mühüm tədbirlər görülüb.
Ölkəmiz məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində imzalanan mütərəqqi qanunvericilik aktlarını qəbul edir, bu islahatlar çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün zəruri normativ-hüquqi baza yaradılır, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür. Azərbaycanla İnterpol arasında cinayətkarlığa qarşı mübarizə və cinayət törətmiş şəxslərin tutularaq məsuliyyətə cəlb olunması, birgə konkret əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi, o cümlədən təcrübə və məlumat mübadiləsinə dair müvafiq əməli tədbirlərin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə edilib.

Dünyada mütəşəkkil cinayətkarlıq təhdidləri artır

Azərbaycan İnterpol üzvü olan ölkələrlə yanaşı, bu beynəlxalq təşkilata üzv olmayan ölkələrlə də cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlığı əsaslandıran məsələlərdən biri məhz beynəlxalq normalardır. Bununla yanaşı, İnterpol üzvü olmayan ölkələrlə də razılaşma əsasında əməkdaşlıq mövcuddur. Azərbaycan, məsələn, Rusiya və Qazaxıstanla cinayətkarlığa qarşı mübarizə sahəsində saziş imzalayıb. Və bu sahədə uğurla ikitərəfli əməkdaşlıq edirlər. Azərbaycanda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi. Bu şura həqiqətən cinayətkarlığa qarşı mübarizə sahəsində dövlətlərarası xarakter daşıyan bir çox məsələləri həll etməyə imkan verir.
Odur ki, MDB-yə üzv olan dövlətlərlə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üçün razılaşma əldə olundu. Çünki bunun üçün əsaslar var. Müasir dövrdə bütün dövlətlər qarşılıqlı surətdə bir-birlərinə bağldır və hüquq pozuntularının profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlər zəruri olduqda, əməkdaşlığın potensialını, informasiya mübadiləsini gücləndirməyə çalışırlar. O da bəllidir ki, dünyada təhdidlər artır. Həmin təhdidlərin xarakteri dəyişməz qalsa da, formaları dəyişir. Ona görə də Azərbaycan hüquq-mühafizə orqanları yeni çağırışlara, yeni təhdidlərə hazır olmalıdır. Unutmamalıyıq ki, Azərbaycan və İnterpol arasında əməkdaşlıq da ən yüksək səviyyədədir. İnterpoldan aldığımız dəstək, texniki dəstək və məsləhətlər bizim üçün çox vacibdir. Bunun nəticəsidir ki, ölkəmizdə İnterpolun Milli Mərkəzi Bürosu yaradılıb. Büro Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Müasir dövrdə beynəlxalq əməkdaşlığa ciddi ehtiyac var

Elm və texnikanın inkişaf etməsi bir təşkilatın regional və beynəlxalq təşkilata çevrilməsinə şərait yaradır. Elə cinayətlər var ki, eyni cinayət hadisəsi paralel olaraq bir neçə ölkədə baş verir. Məsələn, narkotik dövriyyəsi. Görürsən ki, narkotik bir neçə ölkədən keçirilməklə başqa bir ölkəyə aparılır. Odur ki, bu və digər cinayətləri törədən şəxs və şəxslərin yerinin müəyyənləşdirilməsi, saxlanılması və köçürülməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac var. Elm və texnikanın inkişaf etməsi bir təşkilatın regional və beynəlxalq təşkilata çevrilməsinə şərait yaradır. Cinayətkarlığa qarşı beynəlxalq təşkilatın olması məqsədəuyğundur.
Buna görə də ölkələr daxili işlər orqanlarının daxilində İnterpolun bürosunu yaradaraq cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa qoşulurlar. Belə olan halda mübarizə effektli alınır.

Məsələn, başqa bir ölkədə gizlənən cinayətkarı Azərbaycanın hüquq-mühafizə orqanları müəyyənləşdirə bilməz. Bunun üçün cinayətkarın gizləndiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət olunur və onlar cinayətkarı saxlayaraq müraciət edən ölkəyə təhvil verirlər.

MMB-nin vəzifələri

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu demək olar ki, 26 ildir fəaliyyət göstərir. Büro baş idarə səlahiyyətli biri qurumdur. Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən müstəqil struktur hissədir. Büro aşağıdakı vəzifələri həyata keçirir: Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, İnterpol kanalları ilə daxil olan sorğu və tapşırıqların icrası, cinayətlərin qarşısının alınması və açılması məqsədilə digər ölkələrin MMB-lərinə cinayətlər və cinayətkarlar, habelə şəxslərin, əşya və sənədlərin axtarışı barədə sorğuların göndərilməsinin təminini həyata keçirir. Eləcə də, Büro digər ölkələrin MMB-lərindən daxil olan analoji müraciət və məlumatların respublikanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə icrasının təmin edilməsi, Azərbaycanda cinayət törətməkdə şübhəli bilinmiş, cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş xarici vətəndaşlar haqqında İnterpolun Baş Katibliyinə tapşırıq və məlumatların göndərilməsi, Respublikada cinayətkarlığa qarşı mübarizənin nəticələri, cinayətlərin yeni forma və metodları, eləcə də qabaqcıl təcrübə barədə müvafiq hesabatların tərtibi və zəruri hallarda belə məlumatların İnterpolun Baş Katibliyinə təqdim edilməsi vəzifələrini həyata keçirir.

MMB-nin vəzifələrinə beynəlxalq polis əməkdaşlığı çərçivəsində əldə olunan operativ və digər məlumatlar bankının yaradılması, transmilli cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsindəki tələblər, şərtlər barədə respublikanın hüquq-mühafizə orqanlarının məlumatlandırılması və bu yönümdə işin təkmilləşdirilməsinə dair Baş Katibliyə təkliflər verilməsi də daxildir. Qeyd edək ki, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 1993-cü il tarixli 72 nömrəli Qərarı ilə yaradılıb.

İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)

Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən müstəqil struktur hissədir. MMB aşağıdakı vəzifələri həyata keçirir:
Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi.

İnterpol kanalları ilə daxil olan sorğu və tapşırıqların icrası.

Cinayətlərin qarşısının alınması və açılması məqsədilə digər ölkələrin MMB-lərinə cinayətlər və cinayətkarlar, habelə şəxslərin, əşya və sənədlərin axtarışı barədə sorğuların göndərilməsinin təmini.

Digər ölkələrin MMB-lərindən daxil olan analoji müraciət və məlumatların respublikanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə icrasının təmin edilməsi.

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinmiş, cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş xarici vətəndaşlar haqqında İnterpolun Baş Katibliyinə tapşırıq və məlumatların göndərilməsi.

Respublikada cinayətkarlığa qarşı mübarizənin nəticələri, cinayətlərin yeni forma və metodları, eləcə də qabaqcıl təcrübə barədə müfaviq hesabatların tərtibi və zəruri hallarda belə məlumatların İnterpolun Baş Katibliyinə təqdim edilməsi.

Beynəlxalq polis əməkdaşlığı çərçivəsində əldə olunan operativ və digər məlumatlar bankının yaradılması.

Transmilli cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsindəki tələblər, şərtlər barədə respublikanın hüquq-mühafizə orqanlarının məlumatlandırılması və bu yönümdə işin təkmilləşdirilməsinə dair Baş Katibliyə təkliflər verilməsi.

Polisin fəaliyyətinə, habelə transmilli cinayətlərlə mübarizəyə dair beynəlxalq hüquq normalarını əks etdirən sənədlərin, müqavilələrin Baş Katiblikdən sorğu edilməklə alınması.

Cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın problemlərinə dair xülasələrin, məruzələrin, İnterpola üzv olan ölkələrin kriminal xidmətlərinin məlumatları əsasında ümumiləşdirmiş təkliflərin hazırlanması.

26 illik fəaliyyətin uğurları

Azərbaycanın İnterpola üzv olmasının ardından ötən müddətdə Respublika vətəndaşı olan şəxslərin cinayət axtarışında olması və onların həbsi məsələsində bu beynəlxalq qurumun çox böyük dəstəyi olmuşdur. Beləliklə də cinayət törətmiş şəxslər asanlıqla Azərbaycana təhvil verilmişlər. Respublikamızın hüquq-mühafizə orqanları beynəlxalq miqyasda axtarışda olan radikal terrorçu qrupların üzvlərinin ölkəmizdə gizlənməsi və bu faktkların aşkara çıxarılmasında artıq böyük təcrübə qazanıblar. Artıq faktiki olaraq respublikamızda bəşəri miqyasda cinayətlər törədərək gizlənmək istəyən terrorçular və digər cinayətkar qrupların gizlənməsi elə onların özləri üçün ən böyük problemlərdən birinə çevrilibdir. Əfqanıstan, İraq, Yəmən, Suriya, Pakistan, Livan və digər ölkələrdə qəddarcasına terror əməlləri törətmiş şəxslərlə bağlı dəfələrlə beynəlxalq miqyaslı əməliyyat tədbirləri həyata keçirilmiş və aparılan axtarış əməliyyatları zamanı onların hamısı həbs olunmuşlar. Bu faktların hər biri sübut edir ki, İnterpolla əlaqələr müsbət səviyyədədir.

“Hürriyyət”  


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru