Salam, xoş gəlmisiniz.

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır - ƏVVƏLCƏ ERMƏNİLƏR GƏLƏCƏK...

2019-11-14 13:31:17

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır - ƏVVƏLCƏ ERMƏNİLƏR GƏLƏCƏK...

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək. Virtualaz.org-un xüsusi müxbirinin əldə etdiyi bu xəbəri XİN-dən nə təsdiq, nə təkzib ediblər. Amma “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiqləyib.

Məlumata görə noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru