Salam, xoş gəlmisiniz.

Azərbaycan vətəndaşlarına viza verilməsində gözlənilən ÇƏTİNLİKLƏR VƏ TÖVSİYƏLƏR

2019-11-19 11:02:17

Azərbaycan vətəndaşlarına viza verilməsində gözlənilən ÇƏTİNLİKLƏR VƏ TÖVSİYƏLƏR

Qubad İbadoğlu: "Şenqen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq"

"Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda çətinliklər yaradacaq". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Картинки по запросу qubad ibadoğlu

Belə ki, Azərbaycan vətəndaşlarına viza verilməsində gözlənilən çətinliklər və tövsiyələr haqqında danışan ADR Hərəkatının sədri bildirib ki, ilk növbədə viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq: "İkincisi, viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq. Üçüncüsü, vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırmalması ilə əlaqədar olacaq. Dördüncüsü, verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq. Beşincisi, Şenqen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq".

Məhz bu səbəbdən də Qubad İbadoğlu xaricə səfər etmək niyyətində olanlara tövsiyə edir ki, müraciətləri üçün çox zaman ayırsınlar, səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru