Salam, xoş gəlmisiniz.

Azərbaycana gətirilən dərmanların qeydiyyatı sadələşdirilir? - Təkliflər hökumətə təqdim olunub

2019-11-06 13:26:16

Azərbaycana gətirilən dərmanların qeydiyyatı sadələşdirilir? - Təkliflər hökumətə təqdim olunub

"Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur.

E.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir: "Düşünürəm ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini deyib. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93