Azərbaycanda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət aldı

Azərbaycanda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət aldı

Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.