Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

“İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: “Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib”.

H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.