Salam, xoş gəlmisiniz.

Azərbaycanlı Belarusda beş nəfəri döydü - Prokurorluqlar işə qarışdı

2019-10-30 18:58:22

Azərbaycanlı Belarusda beş nəfəri döydü - Prokurorluqlar işə qarışdı

Azərbaycan vətəndaşı N. Belarusda xuliqanlıqda ittiham olunur. 

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, Belarus Baş Prokurorluğunun məlumatına görə, kişi Moqilevdə cinayət törədərək Belarus ərazisini tərk edib.

Belə ki, 8 aprel 2018-ci ildə o, sərxoş halda yoldan keçən üç nəfəri və onu sakitləşdirməyə çalışan iki nəfəri döyüb. Üstəlik azərbaycanlı tək olmayıb - ona Ş. və L. adlı şəxslər də kömək edib.

Belarus Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı cinayət işi artıq Azərbaycan Baş Prokurorluğuna göndərilib. 

Prokurorluq Azərbaycandan xuliqanın cəzalandırılmasını tələb edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru