Salam, xoş gəlmisiniz.

Böyük müharibə olacaq, əgər Putinin... - Qorbaçovdan QORXUNC XƏBƏRDARLIQ

2019-10-18 14:10:08

Böyük müharibə olacaq, əgər Putinin... - Qorbaçovdan QORXUNC XƏBƏRDARLIQ

Müasir dünyada beynəlxalq hüquqa məhəl qoyulmaması və dünya siyasətinin hərbiləşdirilməsi müşahidə olunur.

Bu sözləri "İzvestiya” nəşrinə müsahibəsində SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov bildirib.

O, bu problemlərin nümunələrindən biri kimi Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə dayandırılmasını göstərib. Siyasətçinin sözlərinə görə, Rusiya və ABŞ çalışmalıdır ki, bu razılaşmanın dayandırılması müharibə təhlükəsinin artmasına gətirib çıxarmasın. Keçmiş prezident qeyd edib ki, bunun üçün mümkün olan ilk addım Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi təklifin yerinə yetirilməsidir. Qorbaçov bildirib ki, söhbət ortamənzilli raketlərin yerləşdirilməsinə moratoriumun daxil edilməsindən gedir.

Xatırladaq ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi. Müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb./publika.az

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93