Salam, xoş gəlmisiniz.

Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı

2019-12-02 10:43:00

Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb.

Hurriyyet.org xəbər verir ki, artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.

Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar (ümumilikdə 8 qatar) hərəkət edir. Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 0,6-1,7 manat, Məhəmmədi stansiyasına qədər 0,7-1,8 manat, Pirşağı stansiyasına qədər isə 0,8-1,9 manat təşkil edib. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir. Konkret məbləğ ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun “ekonom” və yaxud “biznes” tipli olmasından asılıdır. 

Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı- FOTO

Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı- FOTO

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru