Salam, xoş gəlmisiniz.

Bakıda iki "Mercedes" toqquşdu: ölənlər və yaralananlar var

2019-11-22 10:05:10

Bakıda iki "Mercedes" toqquşdu: ölənlər və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1995-ci iltəvəllüdlü Kazımov Mirismayıl Davud oğlu idarə etdiyi "Mercedes" markalı 90 US 409 dövlət nömrə nişanlı avtomobillə qarşı yola çıxaraq həmin yolla hərəkətdə olan 1960-cı il təvəllüdlü Abdullayev İsmayıl Aliqulu oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZD 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "Mercedes"də olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Paşa qızı və 1984-cü il təvəllüdlü Abbasov Surxay Uğurlu oğlu hadisə yerində ölüb, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru