Bakıda qaz xəttinə çırpılan maşın yandı – FOTOLAR

Bakıda qaz xəttinə çırpılan maşın yandı – FOTOLAR

Gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.

 

Hurriyyet.org xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Belə ki, "Mercedes" markalı maşın qaz xəttinə çırpılandan sonra yanıb.

Nəticədə, qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.