Salam, xoş gəlmisiniz.

Bakıda yaşayış binasında yanğın olub - 10 nəfər tüstüdən zəhərlənib

2019-11-15 10:06:06

Bakıda yaşayış binasında yanğın olub - 10 nəfər tüstüdən zəhərlənib

Ötən gecə Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Hurriyyet.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı ikinci məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru