Bakıda yol polisini maşın vurdu

Bakıda yol polisini maşın vurdu

Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb. 

Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.

Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Rayon ərazisində xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu minik avtomobili ilə vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.