Baş nazirdən QƏRAR - Bu qurumlar birləşdirildi

Baş nazirdən QƏRAR - Bu qurumlar birləşdirildi

Baş Nazir Əli Əsədov təhsilə aid bir sıra qurumların siyahısında dəyişiklik barədə qərar qəbul edib.

Hurriyyet.org xəbər verir ki, Ə. Əsədovun “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” qərarı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna, Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.

Qərara əsasən, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edilməlidir.