Salam, xoş gəlmisiniz.

BDU-nun rektoru universitetin həyətində dönərxana açıb?

2019-10-21 15:07:08

BDU-nun rektoru universitetin həyətində dönərxana açıb?

Bakı Dövlət Universitetinin rektorunun dönərxana açdığı iddia olunur.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat yayıb. E.Əliyev bildirib ki, BDU-nun yeni rektoru Elçin Babayev universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. İddiaya görə, “Çarx üstü” adlı dönərxanalar rektora məxsusdur.

Etibar Əliyev daha sonra Bakı Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvlüyündən istefa verdiyini də açıqlayıb.

Məlumatı dəqiqləşdirmək və qarşı tərəfin mövqeyini öyrənmək üçün BDU-nun mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru