Salam, xoş gəlmisiniz.

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı AÇIQLANDI

2019-11-05 17:15:15

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı AÇIQLANDI

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb. Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru