Salam, xoş gəlmisiniz.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanıldı

2019-10-19 12:33:10

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanıldı

Bu gündən Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə başlanılıb.

Hurriyyet.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi  “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, namizədlərin irəli sürülməsi prosesinə bu gündən başlanılıb. 

Seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları bələdiyyə üzvlüyünə namizəd irəli sürə bilər. 

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib./apa/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru