Salam, xoş gəlmisiniz.

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı AÇIQLANDI

2019-11-07 17:33:13

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı AÇIQLANDI

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 14846 nəfər fərdi qaydada, 13524-u siyasi partiyalar tərəfindən, 40 nəfəri isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizdliyi irəli sürülüb.

MSK sədri bildirib ki, 17509 nəfər imza vərəqəsi götürüb: “Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb”.

M. Pənahov qeyd edib ki, bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb./apa/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru