Salam, xoş gəlmisiniz.

Beynimiz niyə tez qocalır? - Qorxunc SƏBƏBLƏR

2019-11-22 15:15:12

Beynimiz niyə tez qocalır? - Qorxunc SƏBƏBLƏR

Tədqiqatçılar beynin tez qocalmasının səbəbini açıqlayıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Harvard Universitetinin Bostonda yerləşən tibb məktəbinin tədqiqatçıları orta yaşlı insanlarda metabolik sindromun beyni erkən qocaltdığını iddia edir.

Tədqiqatın nəticələri "MedicalXpress"də dərc olunub.

Metabolik sindrom özünü piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının artması şəklində göstərir.

Araşdırma ərzində 37-55 yaşlı kişi və qadınların baş-beyin kompüter tomoqrafiyası tətbiq edilib. Eyni zamanda onlar arasında məntiqi testlər də aparılıb.

Tədqiqatın nəticələrinə əsasən, metabolik sindromu olanlarda beyin həcmi sağlam şəxslərlə müqayisədə kiçik olur. Həmin şəxslərdə qanda şəkərin çoxalması, demensiya və Altsheymer xəstəliyi riski yüksəkdir.

Metabolik sindromun qarşısının alınması üçün həkimlər balıq, meyvə-tərəvəz və taxıl məhsullarını tövsiyə edir.

Mütəxəssislər hesab edir ki, fiziki fəaliyyət də beynin işini yaxşılaşdıra bilər.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru