Salam, xoş gəlmisiniz.

Bu ərazilərdə qaz olmayacaq

2019-10-16 10:37:11

Bu ərazilərdə qaz olmayacaq

Oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

"Azəriqaz" İstehsalat Birliyindən Hurriyyet.org-a verilən məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocəsən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.

Bundan başqa, 10:00-dan işlər başa çatanadək Samux şəhərini və rayonun Kolayir, Sərkar və Füzuli kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində siyirtmənin əvəzlənməsinə görə adları çəkilən ərazilərdə qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

Oktyabrın 16-da saat 10:00-dan planlaşdırılan diametri 530 mm olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsinin diametri 500 mm olan polietilen kəmərlə əvəz olunması işləri texniki səbəblərdən təxirə salınıb.

Ona görə də Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci Sovxoz yaşayış massivində qaz təchizatında hər hansı dayandırma olmayacaq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru