Salam, xoş gəlmisiniz.

Bu ərazilərdə su olmayacaq

2019-11-04 10:25:08

Bu ərazilərdə su olmayacaq

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru