Salam, xoş gəlmisiniz.

Buraxılmış Milli Məclisin deputatları YENİDƏN NAMİZƏDLİKLƏRİNİ İRƏLİ SÜRƏ BİLƏRMİ?

2019-12-10 11:47:55

Buraxılmış Milli Məclisin deputatları YENİDƏN NAMİZƏDLİKLƏRİNİ İRƏLİ SÜRƏ BİLƏRMİ?

Osman Gündüz: "Deputatların əksəriyyəti yazılı olaraq, həm də səs verməklə təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər"

"Maraqlıdır ki, Konstitusiya Məhkəməsi məhz deputatların "vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə" müddəasını əsas tutaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı prezidentin müraciətinə müsbət rəy verib. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu "aradan qaldırıla bilməyən səbəblər" dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşüldüyünü bildirib". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Картинки по запросу Osman Gündüz

Onun sözlərinə görə, anlaşıqlı formada bu, o deməkdir ki deputatların əksəriyyəti öz razılıqlarıyla, yazılı olaraq, həm də səs verməklə təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər: "Konstitusiya Məhkəməsi də məhz bu faktı nəzərə alaraq müsbət rəy verib. Belə olan halda maraqlı sual ortaya çıxır: Köhnə deputatların yenidən namizədlik irəli sürməsi və seçilməsi nə dərəcədə konstitusiyaya uyğundur? Konstitusiya hüququ sahəsində mütəxəssislərin rəyləri maraqlı olardı".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru