Çarəsiz qadın keçmiş ərindən I vitse-prezidentə şikayət etdi

Çarəsiz qadın keçmiş ərindən I vitse-prezidentə şikayət etdi

 

“3 ildir, başıma gəlməyən müsibət qalmayıb: övladım əlimdən alınıb, tutulmuşam, qanunsuz olaraq mülkiyyət hüququmdan məhrum edilmişəm və s.”

“Hürriyyət” xəbər verir ki, bu sözlər tanınmış iş adamı Barat Abdullayevin bir müddət həbs olunmuş, sonra Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılmış Təyminə Abdullayeva I vitse-prezident Mehriban xanıma yazdığı məktubdandır.

Məktubda başına gətirilən oyunlardan qısa bəhs edən şikayətçi I vitse-prezidentdən dəstək istəyib.

Şikayət məktubunu olduğu kimi dəcr edirik:

Hörmətli Mehriban xanım!

3 ildir, başıma gəlməyən müsibət qalmayıb: övladım əlimdən alınıb, tutulmuşam, qanunsuz olaraq mülkiyyət hüququmdan məhrum edilmişəm və s.

Qeyd edim ki, 26 sentyabr 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz qərarı ilə kəsilmiş 8 il azadlıqdan məhrumetmə cəzamın böyük qismi Apellyasiya Məhkəməsi tərəfindən bəraət verilərək 3 ilə endirilmiş, ilyarımdan sonra Prezident İlham Əliyev tərəfindən əvf edilmişəm.

Mən yenidən qurama ittihamlarla məhkəmələrə çəkilirəm. Bu dəfə isə bəraət aldığım və əfv olunduğum epizodlarda mühakimə edilirəm. Yeganə məqsəd isə birgə nigahdan mənə çatan mülkiyyətimə əl qoymaqdır. Keçmiş ərimin və qardaşının onmilyonlarla dollarlıq əmlakları olduğu halda, mənə çatacaq paya göz dikiblər. Dəfələrlə mülkiyyət hüququmdan imtina etməyəcəyim halda məni həbslə, ölümlə hədələyiblər və məqsədlərinə artıq bir dəfə nail olublar.

Xatırladım ki, bu iş Sizin diqqət mərkəzinizdə olub. Ümidvaram ki, məni yenə xilas edəcəksiniz.

Qarşılaşdığım haqsızlıqlarla daha təfsilatlı tanış olmaq istəsəniz, məktuba əlavə etdiyim məqalələrə göz gəzdirə bilərsiniz.

Sonda Sizdən xahiş edirəm ki, məni qəbul edib şikayətimi dinləyəsəniz.

http://azsiam.info/cemiyyet/50585-feto-ya-bal-olan-abdullayevlrin-ozlri-icrid-oturmaldrlar-kecmi-glindn-ok-ittihamlar.html

https://azinforum.az/arashdirma/nərimanov-məhkəməsi-prezident-sərəncamina-məhəl-qoymur-əfv-olunan-epizoda-gorə-yenidən-cinayət-isi-acildi

Hörmətlə:  Təyminə Abdullayeva"