Çempionlar Liqasında günün nəticələri: "Çelsi" - "Ayaks" oyununda 8 qol!

Çempionlar Liqasında günün nəticələri: "Çelsi" - "Ayaks" oyununda 8 qol!

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.

Hurriyyet.org xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları çərçivəsində 8 qarşılaşma keçirilib.
 
E qrupunun favoritləri "Napoli" ilə "Liverpul" rəqiblərini evdə qəbul edib. "Napoli"nin qələbəsi və "Liverpul"un ən azı məğlub olmaması italyanların 1/8 final mərhələsinə vəsiqəsini rəsmiləşdirəcəkdi. Amma İngiltərə nəhənginin qalib gəldiyi gündə İtaliya təmsilçisi xal itkisi ilə üzləşib.
 
F qrupunda "Barselona" səfərdə məğlub etdiyi "Slaviya"nı doğma arenasında sınağa çəkib. Kataloniya təmsilçisi gözlənilməz xal itkisi ilə üzləşib. Bu qrupda "Borussiya" ilə "İnter" arasındakı qarşılaşmaya maraq daha böyük idi. Milanlılar ilk yarını 2:0 öndə başa vursa da, fasilədən sonra 3 qol vuran meydan sahibləri möhtəşəm əzmkarlığa imza atıblar.
 
G qrupunun lideri "Leypsiq" çətin Rusiya səfərindən inamlı qələbə ilə dönüb. "Lion" isə autsayder "Benfika"nı qəbul edib və qələbə qazanıb.
 
H qrupunun ən diqqətçəkən oyunu Londonda keçirilib. 6 xalla liderliyi bölüşən "Çelsi" ilə "Ayaks" üz-üzə gəlib. 8 qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. "Lill" isə növbəti mərhələ şansını davam etdirmək üçün səfərdə "Valensiya"ya qalib gəlməliydi. Amma ispanlar buna imkan verməyiblər.
 
UEFA Çempionlar Liqası
5 noyabr
 
E qrupu
 
"Liverpul" (İngiltərə) - "Genk" (Belçika) 2:1

Qol: Veynaldum, 14. Oksleyd-Çemberleyn, 63 – Samata, 41.

"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya) 1:1
Qol: Lozano, 44 – Haaland, 11-pen.

F qrupu
 
"Barselona" (İspaniya) - "Slaviya" (Çexiya) 0:0

"Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) 3:2
Qol: Hakimi, 51; 77. Brandt, 64 - L.Martines, 5. Vesino, 40.

G qrupu
 
"Zenit" (Rusiya) - "Leypsiq" (Almaniya) 0:2

Qol: Demme, 45+5. Sabitser, 63.

"Lion" (Fransa) - "Benfika" (Portuqaliya) 3:1
Qol: Anderson, 4. Depay, 33. Traore, 89 - Seferoviç, 78.

H qrupu
 
"Valensiya" (İspaniya) - "Lill" (Fransa) 4:1

Qol: Parexo, 66. Soumaoro, 82-öz qapısına. Kondoqbia, 84. Torres, 90 - Osimhen, 25.
 
"Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) 4:4
Qol: Jorjinyo, 5-pen; 71pen. Aspilikueta, 63. R.Ceyms, 74 - Abraham, 2-öz qapısına. Promes, 20. Arissabalaqa, 35-öz qapısına. Van de Bek, 55.