Salam, xoş gəlmisiniz.

Çexiya Serj Sarqsyanın qardaşı oğlunu Ermənistana ekstradisiya edəcək - FOTO

2019-12-11 00:02:33

Çexiya Serj Sarqsyanın qardaşı oğlunu Ermənistana ekstradisiya edəcək - FOTO

Çexiyanın səlahiyyətli orqanları Ermənistanın Baş Prokurorluğunun bu ölkənin sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanla bağlı cinayət təhqiqatını aparmaq üçün Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə vəsatətini təmin etməklə bağlı qərar qəbul edib.

Bu barədə Ermənistanın baş prokurorunun məsləhətçisi Qor Abramyan bildirib.

"Geniş ictimai marağı nəzərə alaraq bildiririk ki, Çexiya Respublikasının səlahiyyətli orqanları Ermənistan Respublikasının Baş Prokurorluğunun axtarışda olan Narek Sarqsyanın cinayət təhqiqatı məqsədi ilə Ermənistan Respublikasının hüquq-mühafizə orqanlarına ötürülməsi barədə vəsatətini təmin etmək barədə qərar qəbul edib. Bununla əlaqədar olaraq Ermənistan Respublikasının Baş Prokurorluğu polisə Narek Sarqsyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - o qeyd edib.

Ermənistanda S.Sarqsyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, işgəncə vermək ittihamları irəli sürülüb.

Qeyd edək ki, bir neçə ay əvvəl də Çexiyanın paytaxtı Praqa şəhər məhkəməsinin Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Naerk Sarqsyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul etməsi haqqında məlumat yayılmışdı.

Xatırladaq ki, ötən il dekabrın 7-də "İnterpol" və Praqa polisi 31 yaşlı N.Sarqisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib. \\Report

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru