Salam, xoş gəlmisiniz.

Çindən Trampa XƏBƏRDARLIQ: “ƏGƏR...”

2019-11-21 17:48:07

Çindən Trampa XƏBƏRDARLIQ: “ƏGƏR...”

Hurriyyet.org xəbər verir ki, Çin ABŞ prezidenti Donald Trampa müraciət edərək, Senatın və Nümayəndələr Palatasının qəbul elədiyi qanun layihəsinə veto qoymağa çağırıb. Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qen Şuanın bəyanatında deyilir: “ABŞ yanlış həmlələr eləməyə davam edərsə, Çin qətiyyətlə güclü tədbirlər görəcəkdir”.

Çin XİN təmsilçisi keçirdiyi mətbuat konfansında qanun layihsinin həm Çinin Hon Konqdakı mənafeyini, həm də Birləşmiş Ştatların özünün mənafeyini baltaladığını söyləyib, Amerikanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Qen Şuan layihənin qanun olaraq qüvvəyə minəcəyi təqdirdə Pekin hökumətinin lazımi tədbirləri görəcəyinə işarə vuraraq deyib: “ABŞ yanlış həmlələr eləməyə davm edərsə, Çin hökmən güclü əks-tədbirlər görəcəkdir”.

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Xüsusi İnzibati Rayon olan Honq Konqda etirazçılara qarşı tətbiq elədiyi sərt müdaxiləyə görə Çin hakimiyyətini ittiham edən qanun layihəsini təsdiq edib. Honq Konqda iyun ayından bəri etirazlar davam edir. Amerikada respublikaçı senator Marko Rubio tərəfindən təqdim edilən “Honq Konq İnsan Hüquqları və Demokratiya Qanunu” başlıqlı layihə respublikaçı və demokrat senatorlar tərəfindən tam dəstəklə qəbul edilib. Honq-Konqun muxtar statusuna dəstək vermək məqsədilə təqdim edilən layihədə Honq Konq və ABŞ arasında xüsusi ticarət əlaqəsinin qurulmasını və davam etməkdə olan “demokratiya tərəfdarı olan etiraz nümayişlərinə qarşı sərt davranan” çinli məmurlara qarşı sanksiya tətbiq edilməsi nəzərdə tutulur.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru