Salam, xoş gəlmisiniz.

Cinayət cəzasız qalanda, yoxsa Lətif Nəbiyev sindromu?!

2019-12-02 10:10:11

Cinayət cəzasız qalanda, yoxsa Lətif Nəbiyev sindromu?!

Son illərin ən acı reallıqlarındandır ki, bəzi vəzifəli şəxslər dövlət tərəfindən onlara etibar edilən vəzifələrdən, hakimiyyət səlahiyyətlərindən yalnız qazanc mənbəyi, şəxsi istəklərinin təminatı və digər mənfi halların həyata keçirilməsi üçün istifadə edirlər. Ən ağrılısı da odur ki, ağır cinayətlərdə iştirak edib vəzifələrindən atılmışların bir çoxu heç bir cəza almadan cəmiyyətdə arın-arxayın gəzib öz çirkin əməllərini davam etdirirlər. Neçə aylardır ki, sosial şəbəkələrdə, müxtəlif saytlarda və mətbuat orqanlarında Kəlbəcər rayonunda doğulmuş, hazırda Rusiya vətəndaşı olan, Abşeron rayonu Saray qəsəbəsi N.Nərimanov kücəsi ev 5-də qeydiyyatda olub orada yaşayan Abdullayev Rüstəm Həbib oğlunun hüquq-mühafizə orqanlarına, ali dövlət qurumlarına, xüsusilə Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərova ünvanlanmış şikayət məktubu dərc edilir. O, ali dövlət qurumlarına üz tutaraq özünün əvvəllər hakim işləmiş Lətif Nəbiyev tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirilməsi barədə haray çəkir, özünün pozulmuş hüquqlarının təmin edilməsini xahiş edir. Ancaq çox təəssüflər olsun ki, onun şikayətinə səs verən tapılmır.
Ölkə Prezidenti son çıxışlarında bir sıra məmurların vətəndaşların problemlərinə və şikayətlərinə biganə yanaşmaqlarından ciddi narazılığını bildirir və bu məsələni diqqətdə saxlayacağını xüsusi vurğulayır. Ümid edirik ki, Rüstəm Abdullayevin illərdən bəri davam edən şikayətləri çox yaxın zamanlarda ölkə prezidentinin də diqqətini cəlb edəcək və günahkarlar cəzasını alacaqlar. Ancaq bir məqam bizi olduqca narahat edir ki, necə olur ki, dələduzlar, işbazlar, vəzifə kürsüsünü dədəsinin mülkü hesab edən antipodlar məsul dövlət vəzifələrinə yol tapır və sonradan insanlara böyük problemləri yaşadırlar. Axı Rüstəm Abdullayevə problemlər yaşadan Lətif Nəbiyev də sıradan sadə birisi olmayıb. O, əvvəllər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində, daha sonra isə Bakı şəhəri Suraxanı rayon məhkəməsində hakim işləyib. O, dövlətin ona etimad etdiyi bu səlahiyyətli dövlət vəzifəsində üzərinə düşən vəzifələri vicdanla icra etmək əvəzinə hakim mantiyasının arxasında gizlənərək dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məşğul olub. Sonradan haqqında çoxsaylı şikayətlər, etirazlar ortaya çıxanda isə törətdiyi qanunsuz hərəkətlərin bədəli olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. Lətif Nəbiyev hazırda hakim səlahiyyətindən mərhum olsa da, onun qanunsuz əməlləri, cəzasını almadığı cinayətləri bu gün də davam edir.

Cinayət cəzasız qalanda, yoxsa Lətif Nəbiyev sindromu?!


Görəsən məsul qurumlar narahat olmurlarmı ki, niyə onun hakim mantiyasındakı cinayətkar əməllərinə mütləq Prezident işə qarışandan sonra son verilməliydi. Narahatlıq doğuran daha bir məqam da ondadır ki, vaxtilə Lətif Nəbiyevin təmsil olunduğu məhkəmə sisteminə nəzarət edən dövlət qurumları bu başabəla “hakim”in törətdiyi cinayətlərə vaxtında reaksiya verməmələri üzündən onun bəd əməlləri bu gün də davam edir. Rüstəm Abdullayev Lətif Nəbiyevin qurbanlarından biridir. L.Nəbiyevin Rüstəm Abdullayevin başına gətirdiklərini bir daha yada salmaq istəyirik. O, öz başına gələnlər barədə Fuad Ələsgərova ünvanladığı ərizəsində yazır: “Lətif Ədil oğlu Nəbiyevlə 2008-ci ildə onun qohumları vasitəsi ilə tanış olmuşam. Sonra hər dəfə Bakı şəhərinə gələndə Lətif Nəbiyevlə görüşmüşük, onunla normal münasibətlərimiz olmuş, söhbət zamanı o mənim Rusiyada bizneslə məşğul olmağım bilmişdir. 2012-ci ilin may-iyun aylarında Lətif Nəbiyevlə bir yerdə olduğumuz zaman o, mənə bildirdi ki, Azərbaycanda tikinti-inşaat işləri aparmaq niyyətindədir, bunun üçün müəyyən avadanlıq alması lazımdır, lakin onun buna maddi imkanı çatmır. Ona təcili pul lazımdır. O, biznesi yaxşı bacarır, onun boyük gəlirləri olacaq və mənim ona verəcəyim pulu da tez bir müddətdə qaytaracaqdır”.
Beləcə sadəlövh Rüstəm peşəkar işbaz Lətifin qurbanına çevrilir. Min bir zəhmətlə Rusiyada qazandığı pullarını Lətif Nəbiyevə verir. Rüstəm Abdullayevin ərizəsindən daha bir neçə fraza: “Mən onunla uzun bir müddət ərzində tanış olduğuma görə ona inanırdım. Ona görə də Lətif Nəbiyevin göstərişi ilə onun qaynı Sadıqla birlikdə Bakı şəhərindəki banklardan birinə gedib Lətif Nəbiyevin mənə qabaqcadan vermiş olduğu bank hesabına 20.000 ABŞ dolları məbləğində pul köçürdüm. Lətif Nəbiyev dediyi vaxtda işə başlamadı. Mən ona bu barədə xəbərdarlıq etdikdə, o mənə dedi ki, sənədləşmə işlərində bir az ləngimə var, ona görə işə başlama ləngiyir. Mən ona narazılığımı bildirərək, işlərimin dalınca Rusiya Federasiyasına qayıtdım. 2012-ci ilin avqust ayında mən Rusiyada olan zaman Lətif Nəbiyev mənə zəng edərək işə başlamaq üçün əlavə pul lazım olduğunu bildirdi. Mən yenə ona inanaraq Lətif Nəbiyevə ilkin olaraq 2000 ABŞ dolları pul göndərdim. Sonra yenə Lətif Nəbiyev biznes işlərinin normal getdiyini, işlərin yaxşı olacağını bildirərək məndən yenə pul istədi. Həm də o mənə deyirdi ki, işləri çox yaxşı olacaq, məni də bu işə ortaq edəcək, ona verəcəyim puldan da artıq mənə pul qazandıracaqdır. Mən yenə də də ona inandım. Ona görə də Gəncə şəhərində yaşayan qardaşım Uğurluya zəng edərək pul tapıb Lətif Nəbiyevə çatdırmasını bildirmişəm. Qardaşım Uğurlu da hissə-hissə olmaqla Lətifə iki ay müddətində 28.000 ABŞ dolları pul vermişdir. Lətif Nəbiyev bu pulları alan zaman mənə bildirirdi ki, pulların hamısını 2012-ci ilin oktyabr ayının 20-nə kimi qaytaracaqdır. Hətta mənə əlavə pul da verəcəkdir. Lətif Nəbiyev mütəmadi olaraq mənimlə telefon əlaqəsi saxlayırdı və həmişə də mənə işlərinin yaxşı getdiyini, hər şeyin super olacağını deyirdi. 2012-ci ilin oktyabr ayının 20-dən sonra mən daimi olaraq ona zəng edərək pulu qaytarmasını tələb edirdim. Bu minvalla xeyli müddət keçdi, mən pulumu təkidlə tələb edəndə Lətif Nəbiyev tezliklə pulu qaytaracağını, ayrı-ayrı təşkilatlardan pul alacağını, eyni zamanda Sabunçuda evini, NZS-də 30 sot torpağını satıb və AKKORD şırkətindən 200.000-manat alıb mənə verəcəyini bildirirdi.Bu minvalla xeyli vaxt keçdi, lakin o müxtəlif bəhanələr gətirərərək pulu qaytarmırdı. 2017-ci ildə mən Azərbaycan Respublikasında olan zaman Lətif Nəbiyev mənə zəng edərək mənimlə vacib işi olduğunu bildirdi. Mən də elə bildim ki, mənim pulumu qaytaracaqdır. Onunla görüşən zaman Lətif Nəbiyev mənə bildirdi ki, yaxınlarda imkanlı şəxslərlə qohum olacaqdır (hətta qohum olacağı şəxslər barədə mənə ətraflı bildirdi). Ona vəzifə təklif olunubdur. Hər işi yaxşı olacaq, tezliklə mənim pulumu qaytaracaqdır. Böyük işlər görüləcək, səni də Rusiyadan gətirib bu işlərə cəlb edəcəkdir. 2017-ci ilin aprel ayında Lətif Nəbiyev mənə zəng edərək mənə adlarını dedikləri qohumlarının köməyi ilə Gəncə şəhərində su-kanalizasiya işləri görəcəyini və bu iş üçün ona 5000 ABŞ dollar pul lazım olduğunu söylədi və işlərinin uğurlu olacağını bildirirb nəticədə mənim ona verdiyim pulları tam qaytaracağını dedi. Mən onun yeni “qohumlarının” imkanlı olduğunu bildiyim üçün yenə də ona inandım və qardaşım Sultan vasitəsi ilə ona Abşeron rayonunun Saray qəsəbəsində iki dəfəyə 5000 dollar pul çatdırdım. Özüm də hissə-hissə olmaqla Rusiya Federasiyasından bank vasitəsi ilə Lətifə 4700 dollar pul göndərdim. 2017-ci ilin iyun ayında Lətifin təkidi ilə Azərbaycana qayıtdım, Lətiflə görüşdüm. Onunla söhbət zamanı mən gördüm ki, Lətif Nəbiyev bütün bu müddətdə məni aldatmışdır. Onun mənə bu müddət ərzində vəd etdiyi işlər onun dediyi kimi olmamış, dediyi qaydada biznes işi də qurmamışdır. Mən Lətifdən 60000-ABŞ dollarımı tələb edəndə o məni Gəncədə gördüyü iş yerinə apardı, məni işlə tanış etdi, bir neçə gündən sonra mənim xahişimlə işlə bağlı bağladığı müqaviləni mənə göstərdi, mən müqavilə ilə tanış olduqdan sonra ona dedim ki, bu müqavilə ilə heç bir qazanc əldə etmək mümkün deyil. O mənə dedi ki, nə işinə qalıb ayda təxminən 18000-manat qazancın olacaq. Mən də razılaşdım və fikirləşdim ki, heç olmasa qazancım olmasa da ona verdiyim 60000-ABŞ dollarımı geri ala bilərəm. Bununla da üç aya qədər onun yanında oldum. Bu müddətdə onun işinə kömək etdim və o mənə hissə-hissə 10000-manata qədər pul verdi. Sonra gördüm ki, Lətif məni yenə aldadır, hətta fəhlələrin pulunu belə xeyli vaxtdır ki, vermir. Ondan sonra fəhlələr ondan pulunu tələb etməyə başladılar. Lətif də hamının pulunu verəcəyinə söz verib Bakı şəhərinə qaçdı. Mən Lətifə zəng edərək nə vaxt Gəncə şəhərinə gələcəyini soruşurdum. O da mənə iki-üç günə gələcəyini bildirsə də Gəncə şəhərinə gəlmədi. Mən təxminən 10-15 gün gözlədikdən sonra Bakı şəhərinə gəldim. Lətif Nəbiyevin evinə gedib pulumu tələb etməyə başladım.
O mənə dedi ki, yaxın müddətdə verəsiyəm. Danışıq zamanı Lətifin oğlu Elxanın dediyinə görə Lətif məndən aldığı 9700-ABŞ dolları pulu qızı Günelin toyuna xərcləmişdir. Mən artıq onun məni aldatmasına tam əmin olduqdan sonra ona vermiş olduğum pullarımı intensiv surətdə, yəni özünə, oğluna, tanışlarına müraciət etməklə tələb etməyə başladım”.
Rüstəmin başına gələnlər bir detektiv romanın mövzusudur. Ən ağrılısı da odur ki, dələduzlar həmişə dildən pərgar olurlar. Öz qurbanlarını anakonda kimi sakitcəsinə, yavaş-yavaş udurlar. Onlarda sanki bir ovsunçu bacarığı da olur.
Rüstəm deyir ki, Lətif Nəbiyev Balakən rayonundan gətirdiyi, mühasib kimi təqdim etdiyi və öz dediyinə görə ər-arvad münasibətində olduğu Dilarə Bobrova üçün tutduğu evin kirayə pulunu da dəfələrlə məndən alıb.
Rüstəm Abdullayev aldadıldığını tam anlayandan sonra hüquq-mühafizə orqanlarına müraciət edir.
“Ondan sonra mən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişəm. Orada ərizəmlə bağlı heç bir araşdırma aparılmadan ərizəmi Abşeron rayon polis idasinə göndərmişlər. Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı Əsgərov Rəfael Tofiq oğlu material üzrə mənim və Lətif Nəbiyevin izahatlarımızı almaqla kifayətlənmiş, Lətif Nəbiyev izahatında mənim dediklərimi təsdiq etsə də təhqiqatçı buna əhəmiyyət verməmiş, material üzrə 26 fevral 2018-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Mən həmin qərardan Abşeron rayon prokuroruna şikayət etdim. Həmin qərar Abşeron rayon prokuroru tərəfindən ləğv edilmiş və materiallar araşdırılması üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Bu dəfə isə müstəntiq tərəfindən mənim və Lətif Nəbiyevin izahatımız qısaca alınmış, mənim əlimdə kifayət qədər sübutlar olmasına baxmayaraq (aidio danışıqları) buna əhəmiyyət verilməmiş, müstəntiq Vasif Zeynallının 26 iyul 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir”.

Cinayət cəzasız qalanda, yoxsa Lətif Nəbiyev sindromu?!


Göründüyü kimi cinayəti vaxtında aradan qaldırmalı olan səlahiyyətli qurumlar da məsələnin həllinə səthi yanaşmış, dələduz hüquqşünası vaxtında cəzalandırmaq əvəzinə vətəndaşın dövlətə olan inamını sarsıtmağa yönəlik addımlar atmışlar.
“Müstəntiq ərizəm əsasında mənim və Lətif Nəbiyevin izahatını çox səthi almış, obyektiv həqiqəti araşdırmaq istəməmiş, Lətiv Nəbiyevin özünün izahatında göstərdikləri xüsusatları belə yoxlamamışdır. O cümlədən mənim müstəntiqə dediklərim bütün xüsusatlar izahatımda yazılmamış, müstəntiq ona dediklərimin sonradan üzləşmə zamanı yazılacağını bildirmiş, lakin sonradan bizim aramızda üzləşmə aparmamışdır. Hətta prokurorun göstərişinə belə tam əməl etməmiş, ərizəm əsasında tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Mən həmin qərarı qanunsuz və əsassız hesab edirək dəfələrlə Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət yazmışam. Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunda mənim şikayətimə baxmaq belə istəmirlər, mənə məktubla cavab veriblər ki, müstəntiqin bu qərarından məhkəməyə şikayət verə bilərəm. Qanunda isə müstəntiqin qərarından mənim prokurora da şikayət vermək hüququm var.
Bu da onu göstərir ki, Lətif Nəbiyevin mənə sənin şikayətinə Azərbaycanda baxmayacaqlar deməsində bir həqiqət varmış. Sanki qərarı Lətif Nəbiyev yazır onlar da imzalayırlar. Mən Rusiya Vətəndaşı olsam da Azərbaycanda doğulmuşam, Azərbaycanı sevirəm, Azərbaycanın təəsübünü heç kimə verməmişəm və vermək də istəmirəm. Lakin mənim şikayətimə baxmayan hüquq mühafizə orqanları məni məcbur edirlər ki, mən Rusiya Vətəndaşı kimi hüquqlarımın qorunmasını başqa yerdə axtarım. Mən milliyətcə azərbaycanlıyam və mənim bir vətənim var, o da Azərbaycandır. Azərbaycan olan yerdə digərlərinə müraciət etməyi özümə qəbahət hesab edirəm. Mən Rusiya Azərbaycan Cəmiyyətinin üzvü olmuşam, Cəmiyyətin fəaliyyətində yaxından iştirak etmişəm. Lətif Nəbiyevin bu hərəkəti nəticəsində mən maddi cəhətdən çətinlik çəkirəm, ailəmlə birlikdə qohumlarımın himayəsi altında qalmışam. Bacı və qardaşlarım, anam məcburi köçkündürlər, mən həmişə onlara dayaq olmuşam, indi isə mən ailəmlə birlikdə imkanı olmayan məcburi köçkün qohumlarımın ümidinə qalmışam”.
Lətif Nəbiyev ixtisasca hüquqşünasdır və bu sistemdə səlahiyyət sahibi olub. Lakin hüququn haqq tərəzisini tamahı naminə əydiyi üçün əynindəki hakim mantiyası zorla soyundurulub. Onun qızı və 2 kürəkəni də hüquqşünasdır. Lətif Nəbiyev indi var gücü ilə çalışır ki, özünün bu sahədə yarımçıq qalan “arzularını” onların vasitəsi ilə “həyata keçirsin”. Ancaq belə bir dələduz insanın tərbiyəsini və dərsini almış kimsələrin onun “yolunu” davam etdirməyəcəyinə kim söz verə bilər?
Qalır son söz. Bu son sözü də yəqin ki, çox yaxın zamanlarda səlahiyyət sahibləri deyəcəklər. Lətif Nəbiyevi çoxdan haqq etdiyi “yerə” göndərməklə./butov.az/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru