Salam, xoş gəlmisiniz.

DÜNYANIN GÖZÜ ANKARADA! - Trampın "elçi"si Ərdoğanla görüşür

2019-10-17 18:02:09

DÜNYANIN GÖZÜ ANKARADA! - Trampın "elçi"si Ərdoğanla görüşür

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Pensi prezident iqamətgahında qəbul edib.

Görüş Türkiyə vaxtıilə 15.40-da başlanıb.

Mayk Pensin başçısı olduğu ABŞ nümayəndə heyətinin tərkibində Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də var. Amerikanın xarici işlər naziri Mayk Pompeonun gələcəyi anonsu verilsə də, o bu səfərdə iştirak etməyib.

Görüşdə Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatı müzakirə edilir.

Hurriyyet.org

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru