Salam, xoş gəlmisiniz.

Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI

2019-11-13 13:08:13

Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI

“Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanların yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır”.

Hurriyytet.org modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək yaxşı olar:

“Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmidə tətbiq edə bilərik”.

Ş. İsmayılov söyləyib ki, günün qaranlıq vaxtlarında işıq qaytarıcılardan geniş istifadə edilməsi vacibdir:

“Vaxtilə bu cür layihələr həyata keçirilirdi, xüsisilə də azyaşlı uşaqların işıq qaytarıcılarla təmin edilməsi vacibdir. Yolların işıqlandırılması, yol nişanlarında işıq qaytarıcıların yüksək standartlarda olması vacib məsələdir”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru