ƏDABAZLIQ...

ƏDABAZLIQ...

Allahverdi Eminov

Esse

Tələbələr haqqında bəzən ümidsiz danışırlar; əsasən onların özlərini yaxşı apar­mamaları irad tutulur. Bunu tamam inkar etməzdim. Xüsusilə, son 5-10 ildə pi­jon cavanların pedant atalarının sərvət bolluğundan, kübar analarının canfəşan­lı­ğın­dan... lazımi əxlaqi tərbiyə almamaları ucbatından “yaxbalalıq” eləmələrindən  ni­garan  qalanlar da yox deyil. “Nigaran”çılıq sübhəsiz belələrinin gələcək taleyilə bağ­lıdır. Hə, sözün qısası bu sonuncu tip (yaxşı mənada) bir tələbəm məndən so­ruş­du:  – Müəllim, ədəbazlıq nə deməkdir? Və konkret cavab almaq ümidilə otur­du.

Ədabazlığın özünü büruzə verməsi məsələsinə aydınlıq gətirmək üçün bir az “eks­kurs” edək ki, özümüzdə bir əminlik yaransın. İnsan xarakterindən doğan dav­ra­nışında ləyaqət hissi olur, daha doğrusu, o adam hərəkətlərində öz ləyaqətini göz­­ləyir – qoruyur. Ləyaqət daxili keyfiyyəti, hörməti saxlamaqla, alçalmadan, ey­ni zamanda alçatmaqdan yan keçir, üz döndərir. Zahiri görümə gəldikdə isə özünü ne­cə deyərlər, “yüngül” aparmır... ağır oturub batman gətirir. Əhsən, ulularımıza! Bu qısa şərhi elmi dillə ifadə etsək: ədəbazlıq – ləyaqətin çevrilib, insanın özü ba­rə­sində jestidir, səsidir. Oğuzlarda ədəbazlıq zəif olmamışdır və bir səbəbi də lə­ya­qət hissini başqa mənfi emosiyalara qurban verməsidir. Gənc, yaxud normal yaş həd­dinə çatmış bir adam insanlığa yaraşmayan yad ədəlarda, mənfi qiyafələrdə qü­rur­lanır; daha dəqiqi, hədsiz sərvətə sahiblik, görmədiyi vəzifənin ağırlığına tab gə­tir­məmək, elitada valideynlərinin, dostlarının təmsil olunması ilə öyünür!

Dahi Üzeyir bəy ədəbazlığa son dərəcə etik normadan toxunur və tənqidi oxu­­cu­sunun, tamaşaçısının öhtəsinə buraxır. Məsələn, Məşədi İbad obrazında. Bu əl­li yaş­lı kişi də azəri türküdür, tacirdir – biznesmendir, ancaq inhisarçı deyildir. Ev­­lən­mək eşqinə düşür və müasir biznesmenlərdən fərqli olaraq aşkara iş görür; yə­­ni “bizimkilər” gizlincə bu əməli, eksperimenti “bozbaş müğənnilər” üzərində apa­­rır­lar... Allah pullarına dəyməsin, canlarının qədrini özləri bilər!..

Məşədi İbad pa­­pa­ğın qoyulması metodunda Şamaxı lotusuna oxşamaq is­tə­mir. Digər metodlar: Gən­cə qumarbazı ilə eyniləşdirməsindən çəkinir. Nəhayət, son metodu seçir. Bu ədaları əya­ni görürük və səsi aydınca eşidirik. Bəli, ədabaz­lı­ğın müxtəlif mizanlarda təs­vi­ri­nə mentalitetimizin silki unikası: Pambıq bəyi, Lotu ti­­tulu, Qumarbaz ehtirası – bun­lar Məşədi İbadın xoşlamadığı ayamalardır. Amma bu əlli yaşlı “bazar biz­nes­me­ni”nin nəvə-nəticələri ulu babalarının ədabazlığından nəin­ki nəticə çıxarma­mış­lar, hətta peşəkarlaşmışlar. Məsələn, pambıq biznesmeni­nin özünə xas jesti var: Ağ rən­gi xoşlayır, ağ simaya balet eləyir, ağ göyərçin uçur­dur. Hətta simfoniya yazır və ədabaz ad da seçir: “Ağ maya haqqında ballada”.

Lo­tu titulunun “prestiji” aşağı düş­məkdədir. Daha Sovet zindanları yoxdur, bir yum­ru­ğu ilə neçə-neçə yazığı şi­kəst eləyə. Amma azadlığa çıxanda erməni qəsb­kar­la­rı­na sillə də vurmur. Bəli, hər aşi­qin bir dövranı olur. Sabirimiz demiş­kən: – Ondakı öv­ladi – vətən xam idi. Ah, ne­cə kef çəkməli əyyam idi! – Qumar­baz­lıq böyük ya­zı­çı Dostoyevskiylə o dün­ya­ya getdi. Kişi bir dəyərli əsər qələmə al­dı və  adamları qu­mara ruhlandırdı ki, bu oyun elmi əsaslarla qurulmuşdur, ehti­ras oyadır və qu­mar­baz udanda ona ədabazlıq emo­siyası aşılayır. Ay Dostoyevski, bu sənət olsa idi Turgenev, Tolstoy, Kuprində oy­nayardı. Day sənin kimi xaricdə udu­zub Tur­ge­nev­dən pul istəməzdilər! Nə yax­şı, bizim biznesmenlərdə qumara hə­vəs qalma­mış­dır. Çünki ədabazlıq edib özlərini udu­zardılar!

Ədabazlar son illərdə elmdə yamanca kök salıb və sürətlə genişlən­mək­də­dir. Bir kitabçası çıxan qəzetlərə yapdırır, özü isə teleekrana yapışınb oradan düş­mür. Bir (iki olmur a!) namizədlik dissertasiyasını müdafiə etdirəndə (akademik, və­zifəli “telexraniltelləri”dəxi sağ olsun) yüksək ədalı tribunlardan qoymurlar aşağı düş­sün. Çünki başına bələddilər, dərhal yuvarlanıb aşağıda çabalayacaqlar.

Doktorluq dissertasiyasını fəth edəndə isə yadına düşmür ki, erməni daşnak­la­rı torpaqlarımızın 20 faizini “fəth” eləmişdir. Amma yüksək elmi ədabazlıqla rus­lar demişkən “çlenkor”, “akademik” olurlar. Nə deyəsən, dövran belə “başsız” aka­de­miklərindir!

Hə, ermənini iki məqamda xatırladım, ürəyim ağrıdığı üçün. Axı, biz azəri – türk­lərinin özünəməxsus ədabazlığı var. Vaxtilə bəylərimiz özlərini qara camaat­dan ayırıb başqalaşmışdılar. İndi isə ordumuzun rəşadətilə ermənilərlə döyüşlərdə qə­ləbə çalacağıq və bizlər türk ədabazlığımızı onda ortaya qoyacağıq. Mənəviy­ya­tı­mızın oyanışında ədəbazlıqdan erməni gülləsindən yerə sərilməyən biz azəri – türk kişilərinə heyran olacağıq.  Daha ermənini kənara qoyub bir-birimizə ədə­baz­lıq göstərməyib güllə atmayacağıq.

Mən bunları söylədikcə diqqətim həm sualın sahibində, həm də bütün tələ­bə­lər­də idi. Xüsusilə, qızların baxışlarında qəmli inam, kövrək qəzəb atəşi şölə­lə­nir­di. Onların sifətində düşmənə qalib gələn bir ədəbazlıq duyulurdu.