Salam, xoş gəlmisiniz.

Eks-kral razılaşma təklif etdi - “Miss Moskva” məhkəmə ilə hədələdi

2019-11-08 11:51:26

Eks-kral razılaşma təklif etdi - “Miss Moskva” məhkəmə ilə hədələdi

Malayziyanın eks-kralı V Məhəmməd keçmiş həyat yoldaşı, “Miss Moskva – 2015” gözəllik müsabiqəsinin qalibi Oksana Voyevodinaya oğlu İslam Leon üçün trast fondu yaratmağı təklif edib.

“Daily Mail” xəbər verir ki, fondun dəyəri 195 min funt sterlinq (425 min manat) təşkil ediləcək.

Bundan əlavə, eks-kral on ay ərzində Voyevodinaya yaşamaq üçün 100 min dollar (170 min manat) verməyə hazırdır.

Lakin, bunun müqabilində V Məhəmməd, modeldən bir sıra şərtlərə əməl etməsini tələb edib.

Belə ki, Voyevodina uşağı İslam dininin qaydalarına uyğun tərbiyə etməli və oğlanın bütün şəkillərini sosial şəbəkələrdən silməlidir. V Məhəmməd nə oğlu ilə, nə də keçmiş həyat yoldaşı ilə bir daha görüşmək istəmədiyini əlavə edib.

Voyevodinanın təklifi rədd etdiyi bildirilir. O uşağın kral ailəsinə qohumluğunu və taxt-tacın varisi olduğunu məhkəmə yolu ilə sübut etmək niyyətindədir./oxu.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru