Salam, xoş gəlmisiniz.

Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 MİN MANAT - FOTOLAR

2019-12-05 18:55:33

Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 MİN MANAT - FOTOLAR

Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşl?ri üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Əli Həsənovun qalmaqallı nəvəsi gözlənilməz addım atıb.

Sabiq məmurun nəvəsi bahalı avtomobil nömrələrini satışa çıxarıb.

Belə ki, Nail Allahverdiyev elan saytlarından birində nömrələri satışa çıxarıb. O, 10-PP-203, 10-YY-203 və 10-OO-203 seriyalı 3 nömrəyə 20 min manat qiymət qoyub. Elan Nail Allahverdiyevin yaşadığı Sumqayıt şəhərindən yerləşdirilib.

Qeyd edək ki, adı daim qalmaqallarda hallanan Nail Allahverdiyev 2017-ci ilin avqust ayının -də, saat 21.30 radələrində Heydər Əliyev prospetində idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə "Mazda" markalı başqa bir maşınla yarış zamanı ağır yol qəzası törətmişdi. Nəticədə iki nəfər ölmüş, iki nəfər ağır yaralanmışdı. Nail Allahverdiyev 6 il azadlıqdan məhrum edilsə də, bir müddət əvvəl azadlığa çıxıb.

Əli Həsənovun nəvəsi həm də bahalı maşın həvəskarı kimi tanınır. Nail Allahverdiyevə məxsus bahalı avtomobillərdən bir neçəsini təqdim edirik. /qaynarinfo/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru