Salam, xoş gəlmisiniz.

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ - ABŞ-dan ŞOK QƏRAR

2019-11-14 13:26:06

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ - ABŞ-dan ŞOK QƏRAR

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə baş tutan görüşdən sonra gözlənilməz hadisə olub.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Konqresin demokrat senatoru Bob Menendez 1915-ci ildə Osmanlıda baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyan qərar layihəsinin məclisdə səsverməyə çıxarılmasını tələb edib.

Respublikaçı senator Lindsi Qraham isə səsverməni veto edib. O, verdiyi açıqlamada “Qısa müddət əvvəl Türkiyənin hərbi əməliyyatına görə Suriyada qarşılaşdığımız problemlər haqqında prezident Ərdoğan və Tramp ilə görüşdüm. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan bir araya gələr və bu problemi müzakirə edər. Senatorlar tarixi yenidən yazmamalıdır və onu baş verdiyindən fərqli göstərməməlidir. Qərar keçmişə baxaraq deyil, Türkiyə-ABŞ münasibətlərinə baxaraq alınıb” sözlərini deyib.

Qrahamın sözügedən qərarının Ərdoğanın senatorlarla görüşündən sonra açıqlaması diqqət çəkib.

Qeyd edək ki, ABŞ Senatında səsverməyə çıxarılacaq hər hansı layihə bir senator tərəfindən belə veto edilə bilir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyan layihəni səsvermə ilə qəbul etmişdi.

Palatanın demokratçı senatoru Adam Şiff tərəfindən aprel ayında təqdim edilən layihəyə 11 senator “yox”, 405-i isə “hə” demişdi.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru