Salam, xoş gəlmisiniz.

Ərdoğan “görüşməyəcəyəm” demişdi, ABŞ-dan “gələcəyik” açıqlaması verildi

2019-10-16 17:26:02

Ərdoğan “görüşməyəcəyəm” demişdi, ABŞ-dan “gələcəyik” açıqlaması verildi

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın “Pens və Pompeo ilə görüşməyəcəyəm, onlarla həmkarları görüşəcək, mən Tramp gəlsə, onunla görüşərəm” sözlərindən sonra Ağ Evdən açıqlama gəlib.

ABŞ prezidenti Donald Trampın Barış bulağı əməliyyatını dayandırmaq üçün sabah Ankaraya göndərəcəyi elçisi – vitse-prezident Mayk Pensin mətbuat xidməti bu sözlərdən sonra belə bir açıqlama verib: “Pens Ərdoğanın görüşmək fikrini rədd eləməsinə rəğmən Ankaraya gedəcəkdir”.

Xəbər  verdiyimiz kimi, Türkiyə prezidenti R.T.Ərdoğan “Skay Nyus” kanalının müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya gəlir, narahatsınızmı?” sualının cavabında belə deyib: “Mən dimdik ayaqdayam. Niyə narahat olum ki? Onlarla görüşməyəcəyəm, həmkarları görüşəcəklər. Mən Tramp gələrsə, onunla görüşərəm”. ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyəti müzakirə eləmək üçün köməkçisi Mayk Pens ilə xarici işlər naziri Mayk Pompeonun başçılıq elədiyi heyəti Ankaraya göndərməyi qərara almışdı.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru