Salam, xoş gəlmisiniz.

Erməni təşkilatları ilə PKK tərəfdarları TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİLƏR

2019-11-13 12:44:13

Erməni təşkilatları ilə PKK tərəfdarları TÜRKİYƏYƏ QARŞI BİRLƏŞDİLƏR

Hurriyyet.org xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən erməni təşkilatları və PKK terror təşkilatının tərəfdarları Türkiyə prezidenti R.T.Ərdoğanın ABŞ səfərinə etirazlarını bildirmək üçün birləşiblər.

Amerika Erməni Milli Komitəsinin (ANKA) “Tvitter” hesabındakı paylaşmasında ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfərə gedən prezident Rəcəb Tayyib Ərdoğanın səfərinin Erməni Gənclər Federasiyası və PKK terror təşkilatını dəstəkləməsi ilə tanınan Demokratiya üçün Amerika Rojava Mərkəzi (ARCDEM) kimi bəzi qruplaşmalar tərəfindən etirazlarla qarşılanacağı bildirilib.

Əməliyyatlarla bağlı təhrif edilmiş məlumatlar paylaşılıb

Bu gün iki lider arasındakı görüşdən əvvəl Ağ Evin qarşısında keçirilməsi planlaşdırılan nümayişə Türkiyə əleyhdarları dəvət edilib, sosial şəbəkələrdəki hesablarda Türkiyənin Suriyanın şimalında kçeidrdiyi əməliyyatlarla bağlı təhrif edilmiş informasiyalar paylaşılıb.

Prezident Ərdoğan Trampla görüşəcək

Prezident Ərdoğan ABŞ prezidentinin dəvəti ilə işgüzar səfər etmək üçün dünən ABŞ paytaxtı Vaşinqtona getmişdi. Dövlət başçıları Suriya məsələsi ilə bağlı razılaşmanın necə həyata keçirildiyi və ABŞ-ın qarşıdakı dövrdə YPG/PKK təşkilatı ilə əlaqəsi barəsində müzakirələr aparmağı planlaşdırırlar.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru