Salam, xoş gəlmisiniz.

Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar

2019-11-13 12:20:10

Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar

Ermənistan 2019-cu ilin yanvar-avqust aylarında Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli metal satıb.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə “FinExpertiza” audit-konsaltinq şirkətinin analitika şöbəsi hesabat yayıb.

“Bu ilin 8 ayında Ermənistandan Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli daşlar ixrac olunub. Son 3 ildə bu göstərici üzrə lider olan Çindən isə cəmi 61,8 milyon dollar dəyərində qiymətli metal ölkəyə idxal olunub”.

Ermənistanın Rusiyaya satdığı qiymətli daşların 33,2 milyon dollarını almaz təşkil edib. Qalan 95,9 milyon dollarlıq qiymətli metallar arasında qızıl 80 milyon dollar çatır. Həmin qızılın Erməniostan rəhbərliyi tərəfindən Azərbaycanın işğal alıtndakı Kəlbəcər rayonu ərazisindən qanunsuz çıxarıldığı məlumdur.

Kəlbəcərin Söyüdlü-Zod, Ağduzdağ və Tutxun qızıl yataqlarını istismar edən ermənilər hər il Rusiyaya on milyonlarla dollar dəyərində qızıl sataraq, böyük gəlir əldə edir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru