Salam, xoş gəlmisiniz.

Ermənistan ali məktəblərində ETİRAZ AKSİYALARI

2019-11-13 19:32:39

Ermənistan ali məktəblərində ETİRAZ AKSİYALARI

Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyatı dərslərinin ləğv olunması qərarına etiraz edən tələbələr və professor-müəllim heyəti birgünlük tətil keçiriblər.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazlara rəhbərlik edən Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan bu mübahisəli qanun layihəsini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etməyi tələb edib. Tətillə paralel olaraq Yerevanın mətbuat mərkəzlərindən birində tarixçi alimlərin də mətbuat konfransı keçirilib. Etirazlara millətçi “Daşnaksutyun” partiyası da qoşulub.

 

Erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən nümayişçilər baş nazir Paşinyandan nazir Araik Arutyunyanı istefaya göndərməyi tələb edirlər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru