Əvvəlcə millət vəkilinə gül verdi, sonra bıçaqladı – ANBAAN VİDEO

Əvvəlcə millət vəkilinə gül verdi, sonra bıçaqladı – ANBAAN VİDEO

Honqkonqda millət vəkili bıçaqlanıb.

Hurriyyet.org yeniavaz.com-a istinadən xəbər verir ki, Honqkonq Regional Şurasına seçki kampaniyası zamanı millət vəkili küçədə bıçaqlanıb. Bıçaqlanma hadisəsi video görüntülərdə anbaan əks olunub. Sözügedən şəxs millət vəkilinə əvvəlcə gül verib daha sonra isə şəkil çəkdirmək istədiyini deyib. Bu zaman o, cibindən telefon əvəzinə bıçaq çıxardaraq deputatı qolundan bıçaqlayıb. Polis dərhal həmin şəxsi zərərsizləşdirib. Yaralanan millət vəkili isə xəstəxanaya çatdırılıb. 
Faktla bağlı araşdırılma aparılır.