Salam, xoş gəlmisiniz.

Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib – “Oxumaqdan ötrü ürəyim gedir”

2019-10-29 11:53:45

Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib – “Oxumaqdan ötrü ürəyim gedir”

“Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: “Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.

Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru